AZ

Mübahisələrə səbəb olan penaltinin VAR danışığı açıqlandı -

Türkiyə Super Liqanın 27-ci həftəsinin VAR danışıqları açıqlayıb. Metbuat.az xəbər verir ki, müzakirələrə səbəb olan “Fənərbaxça” - “Kasımpaşa” matçının son dəqiqəsində “Fənərbaxça” lehinə verilən penalti ilə bağlı danışıqlar da açıqlanıb. VAR hakimi Erkan Enginlə hakim Cihan Aydının dialoqları belə olub. VAR hakimi Erkan Engin: Potensial penalti səbəbiylə epizoda baxmağı tövsiyə edirəm. Hakim Cihan Aydın: Gəlirəm qardaş. Erkan Engin: Əvvəlcə futbolçunun əl təmasını göstərəcəyəm. Sonra onun açıq olmasını və topun sıçramasını. Tələsməyin. Cihan Aydın: Ekrana gəldim. Təmas anını gördüm. Kontaktı gördüm, qolu açıq. Top oyunçunun başına dəymədi, elə deyilmi? Erkan Engin: Birbaşa əlinə gəlir. Cihan Aydın: Qərarım penaltidir, kart yox.


Seçilən
227
10
metbuat.az

10Mənbələr