Bakı. Trend:
Ermənistan İstintaq Komitəsi erməni hərbçi Avaq Zakaryanın ölümüilə bağlı "adam öldürmə" maddəsi ilə cinayət işi açıb.
Trend xəbərverir ki, bu barədə Komitənin mətbuat katibi Qor Abramyan ölkəninyerli KİV-lərinə məlumat verib.
Onun sözlərinə görə, hazırda ilkin istintaq çərçivəsindəoperativ tədbirlər görülür. Hadisə ilə bağlı təfərrüatın daha sonraaçıqlanacağını deyən İstintaq Komitəsinin nümayəndəsi, cinayət işiüzrə saxlanılanların olub-olmadığına aydınlıq gətirməyib.
Qeyd edək ki, fevralın 24-də Ermənistanda hərbi hissələrinbirində Avaq Zakaryan adlı hərbçi qeyri-müəyyən şəraitdə həlakolub. İlkin məlumatlara görə, hərbçinin odlu silahdan açılan atəşnəticəsində öldüyü bildirilib.