AZ

Gülay Zeynallı Kamil üçün kömək istədi - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılması barədə məlumat yayıb.

Ölkə.Az xəbər verir ki, keçmiş həyat yoldaşı müğənni Gülay Zeynallı K.Zeynallı üçün kömək istəyib:

"İnşallah bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm", - deyə o yazıb.

Qeyd edək ki, K.Zeynallı paylaşdığı videogörüntüdə Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.
Tanınmış məşqçi bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.
K. Zeynallı həmçinin polislərin ona Ermənistana təhvil verilə biləcəyini də söylədiyini də əlavə edib.

Seçilən
236
13
olke.az

10Mənbələr