AZ

İranın dəstəklədiyi husilər Britaniyanın yük gəmisini vurdu

Yəməndə İranın dəstəklədiyi husilər dünən Qırmızı dənizdə Britaniyaya məxsus yük gəmisini raketlərlə hədəf aldıb.

Ölkə.Az xarici KİV-ə istiadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

“Hücum nəticəsində Beliz bayraqlı “MV Rubymar” yük gəmisinə ziyan dəyib.

Gəmi qəza çağırışı etdi və koalisiya hərbi gəmisi başqa bir ticarət gəmisi ilə birlikdə “MV Rubymar”ın ekipajına kömək etmək üçün çağırışa cavab verdi.

Ekipaj kommersiya gəmisi ilə yaxınlıqdakı limana aparılıb”.

Husilər həmçinin Ədən körfəzində ABŞ-nin “Sea Champion” və “Navis Fortuna” ticarət gəmilərinə hücum etdiklərini açıqlayıblar. Onlar hücumların fələstinlilərə dəstək və Yəmənə qarşı “ABŞ-Böyük Britaniya təcavüzü”nə cavab olaraq həyata keçirildiyini bildiriblər.

Günay

Seçilən
333
40
olke.az

10Mənbələr