Hakimlərin daim gündəmdə olduğu Türkiyə futbolu ilə bağlı yeni xəbər var.
Türkiyə Futbol Federasiyası qəbul etdiyi yeni qərarı açıqlayıb. Belə ki, bu həftədən, yəni 26-cı turdan etibarən superliqa matçlarında əsas hakim ilə VAR hakimləri arasındakı dialoqlar ictimaiyyətə açıqlanacaq! Amma bu, yalnız baş hakimin VAR tərəfindən monitora dəvət edildiyi anlar üçün keçərlidi. Yəni yalnız hakim epizodun təkrarını izləmək üçün monitora çağırıldıqda onunla VAR hakimlərinin danışıqları açıqlanacaq.
Digər anlarda, yəni monitora gedilməyən məqamlardakı danışıqlar isə açıqlanmayacaq. VAR dialoqları tur başa çatdıqdan bir gün sonra TFF-nin ''yutub'' kanalı və rəsmi ''feysbuk'' hesabında yayınlanacaq. Avropanın bir çox ölkəsində artıq neçə vaxtdı bu praktikadan istifadə olunur. Qeyd edək ki, ötən mövsümün gedişində iki qarşılaşmada - ''Sivasspor'' - ''Qalatasaray'' və ''Qaziantep'' - ''Beşiktaş'' matçlarında VAR danışıqları ictimaiyyətə açıqlanmışdı. Amma TFF həmin vaxt bunun daimi xarakter daşımadığını vurğulamışdı.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta