AZ

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir

Bakının

Bakı, 15 fevral, AZƏRTAC

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir.

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

5. Babək prospekti, mərkəz istiqamətində;

6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
188
3
azertag.az

10Mənbələr