AZ

ABŞ Yəməndə husilərin yerüstü pilotsuz uçan aparatlarını və raketlərini vurub

Fevralın 10-da ABŞ ordusu Yəmənə yeni zərbələr endirib, Ənsar Allah hərəkatının husi üsyançılarına məxsus iki yerüstü pilotsuz uçan aparatı və üç qanadlı raketi hədəfə alıb.

APA xəbər verir ki, bu barədə bazar günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Fevralın 10-da Səna vaxtı ilə saat 16:00-dan 17:00-a qədər CENTCOM qüvvələri özünümüdafiə məqsədi ilə Yəmənin Hudeyda şəhərinin şimalında yerləşən iki yerüstü pilotsuz uçan aparatı və üç mobil gəmi əleyhinə qanadlı raketi uğurla vurub. Hansı ki, raketləri Qırmızı dənizdə gəmilərə doğru atmağa hazırlaşırlarmış”, - “X” sosial şəbəkəsində komandanlığın dərc etdiyi mesajda deyilir.

Seçilən
174
1
apa.az

10Mənbələr