AZ

“Səbail”dən ötrü “Zirə”nin haqqına girdi, VAR-ı saymadı, cəzası məlum oldu

AFFA Hakimlər Komitəsi (HK) daha bir hakimi cəzalandırıb.
HK-nin sədri Barış Şimşek Fərid Hacıyevin «fitini qırıb». Buna səbəb onun Premyer Liqanın 19-cu turunda baş tutan “Səbail” -“Zirə” matçının (0:0) 79-cu dəqiqəsində ev sahiblərinin qapısın penalti təyin etməməsidir. Həmin epizodda «dənizçilər»in müdafiəçisi Adil Nağıyev cərimə meydançası daxilində Rüstəm Əhmədzadənin ayağına zərbə endirib yerə yıxsa və o da VAR-a çağırılsa da, penalti epizodunda fərqli qərar qəbul etmişdi.
Bu yanlış addımından dolayı Hacıyev mövsümün sonunadək baş hakim kimi elitaya təyinat almamalıdır. Hər halda türkiyəli funksioner komitədaxili toplantıda belə bir söz işlədib. Eyni zamanda, sədr qarşıdakı həftələrdə cəzanı nisbətən yüngülləşdirə biləcəyini də istisna etməyib. Şimşek cəza müddətinin 5 və ya daha çox turdan artıq olmasının mümkünlüyünü deyib.

SPORTİNFO.AZ

Seçilən
268
10
sportinfo.az

10Mənbələr