“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 56-cı dəqiqədə Azərbaycan çempionunun futbolçusu Leandro Andrade olub - 1:0.
21:54
“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra hesab 0:0-dır.
21:34
“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda birinci hissə başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıb.
20:52
“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.
Start fitindən əvvəl Liviyada baş vermiş daşqın və Mərakeşdə yaşanmış zəlzələ nəticəsində həlak olanların xatirəsi dəqiqəlik sükutla yad edilib.
Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edir.