AZ

Azərbaycan Kuboku: “Neftçi”dən səfərdə yubiley qələbəsi

Azərbaycan

Bakı, 1 fevral, AZƏRTAC

“Neftçi” Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında onun komandası “Sumqayıt”a qalib gəlib – 3:2. Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.

Qeyd edək ki, “Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.

Seçilən
383
22
azertag.az

10Mənbələr