İtaliya A Seriyasında “Milan”ın “Udineze”ni 3:2 hesabı ilə məğlub etdiyi matçda birincilərin fransız qapıçısı Mayk Minyana qarşı irqçi şüarlar səsləndirən azarkeşə cəza verilib.SİA xəbər verir ki, məlumata görə o, 5 il müddətinə stadionlardan kənarlaşdırılıb.
Sözügedən azarkeşin 46 yaşlı şəxs olduğu müəyyən edilib.
“Udineze” klubu açıqlamasında onun komandanın stadionuna ömürlük buraxılmayacağını bildirib.