AZ

Rusiyanın bu şəhərində 16 partlayış baş verdi...

Yanvarın 16-na keçən gecə Rusiyanın Voronej şəhərində silsilə güclü partlayış səsləri eşidilib. Bildirilir ki, partlayışların səsi şəhərin cənub-qərb hissəsində, Şilovo ərazisində eşidilib.
 
Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, ilkin məlumata görə, zərbə nəticəsində Tepliçnaya küçəsindəki yaşayış binasına ziyan dəyib və oraya təcili yardım briqadası göndərilib.
 
Yerli sakinlər bildiriblər ki, güclü partlayışlar pəncərələri silkələnib. Ümumilikdə şəhərdə 16 partlayış səsi eşidilib.
 
Partlayışların səbəbləri ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
 
Seçilən
275
49
moderator.az

10Mənbələr