Yemək zamanı telefon və ya planşet uşağı sakitləşdirə bilər, amma bu vərdiş onun qidalanma davranışına təsirsiz qalmır.
Bunu Oxu24.com-a açıqlamasında pediatr Kənan Qarayev bildirib.
Həkimin sözlərinə görə,uşaq ekrana baxaraq yemək yedikdə nə qədər ac olduğunu, nə vaxt doyduğunu və yeməyin dadını daha çətin hiss edə bilər.
Bu isə zamanla:
yeməyə diqqətin azalmasına
toxluq siqnallarının zəifləməsinə
seçici qidalanma vərdişlərinə
ekran olmadan yeməkdən imtinaya səbəb ola bilər.
Yemək zamanı uşağın diqqəti ekranda yox, qidada və ailə süfrəsində olmalıdır.
Jalə