AZ

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent ABŞ Konqresi Senatının Maliyyə Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Yaratdığımız Ticarət Şurası bir-birimizlə rüsumsuz ticarət edə biləcəyimiz, mühüm əhəmiyyət kəsb etməyən sahələri və malları nəzərdən keçirəcək", - o deyib.

Bessent qeyd edib ki, bu rüsumsuz ticarət hər iki tərəf üçün 30 milyard dollar dəyərində malları əhatə edə bilər.

"Bu, mühüm sahələrə aid olmayan 30 milyard dollarlıq məhsullardır - fişənglər, Hellouin kostyumları, əlçatan gündəlik tələbat malları, yəni özümüz istehsal etmək yox, onlardan almaq istədiyimiz mallardır. Onlar isə bizdən dəniz məhsulları və enerji resursları almaq istəyirlər", - nazir əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
moderator.az

4Mənbələr