Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracında yaşanan problemlərdən sonra rəsmi Moskva bu boşluğu Azərbaycan vasitədilə doldurmağı planlaşdırır. Rusiya rəhbərliyi aqrar sektorda Azərbaycan ilə əməkdaşlığı daha üstün tutduğunu açıq şəkildə bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov “Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu”nda (SPIEF-2026) çıxışı zamanı məlumat verib.
Rusiya rəsmisi Ermənistan bazarından olan itkilərin Azərbaycan hesabına kompensasiya ediləcəyini vurğulayıb: “Biz Ermənistanda itirdiyimiz payı Azərbaycanla əvəzləyəcəyik. Çünki tamamilə birmənalıdır ki, kənd təsərrüfatı sahəsində Azərbaycan daha çoxuna qadirdir və Rusiyaya Ermənistanla müqayisədə daha çox məhsul verir”.
Natiq Səlim,
KONKRET.az