AZ

60 km/saat sürətlə fırlanan karuseldən uçan uşaq AĞIR XƏSARƏT ALDI – VİDEO

Tixvində uşaq 60 km/saat sürətlə fırlanan karuseldən yerə yıxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Tixvin şəhərində azyaşlı uşağın iştirakı ilə təhlükəli insident qeydə alınıb.

Bir qrup yeniyetmə “gənc mühəndislər” karuselin sürətini artırmaq üçün onun altına skuterin təkərlərini qoyaraq karuseli maksimal sürətlə fırladıblar.

Nəticədə attraksionun sürəti 60 km/saata çatıb və karuseldə əyləşən uşaq yüksək sürətə dözməyərək kənara uçub. Ağır xəsarət alan uşaq dərhal xəstəxanaya yerləşdirilib.

Uşağın anasının verdiyi son məlumata görə, onun vəziyyəti hazırda qənaətbəxşdir.

Hüquq-mühafizə orqanları azyaşlıların bu cür təhlükəli oyunları ilə bağlı valideynlərə ciddi xəbərdarlıq edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr