AZ

Xərçəng xəstələrinin sağqalma göstəricisi artıb

Xərçəng xəstələrinin sağqalma göstəricisi rekord həddə çatıb.


News365.az xəbər verir ki, Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, xərçəng xəstələrinin 70 faizi diaqnoz qoyulduqdan sonra ən azı beş il yaşayır. 

Bu göstərici 1970-ci illərdə 50 faizdən aşağı, 1990-cı illərin ortalarında isə 63 faiz olub. 

Mütəxəssislər sağqalma səviyyəsinin artmasını yeni müalicə üsulları və xərçəng hüceyrələrini hədəfləyən dərmanların inkişafı ilə əlaqələndirirlər.


Seçilən
18
news365.az

1Mənbələr