AZ

Dilan Polada hücum edildi, mühafizəçisi öldürüldü – VİDEO

Türkiyənin məşhur sosial media fenomenlərindən olan Dilan Polat ailəsi ilə birlikdə Alaçatıda tətildə olarkən silahlı hücuma məruz qalıb.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, otel otağında köməksiz vəziyyətdə qalan Dilan Polat sosial media vasitəsilə canlı yayım açaraq kömək istəyib.

Ağlayaraq video paylaşan Polat fəryad edib:
 

"Nə olar bura polis, təcili yardım... Can Polatı vurdular. Allahım, həyatımız artıq zindana döndü. Nə olursunuz, hamımız otaqda qaldıq".


Xəbərdə qeyd olunur ki, Dilan Polatın yoldaşı Engin Polatın əmisi oğlu, eyni zamanda ailənin mühafizəçisi vəzifəsini yerinə yetirən Can Polat güllələnib. O, təcili yardımla xəstəxanaya çatdırılıb. Edilən bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.










Bizim.Media

Seçilən
42
bizim.media

1Mənbələr