AZ

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

Bakı, 3 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan şəhərində növbəti əmək yarmarkası keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbirində nasos qurğularının maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim olunub.

Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Seçilən
1
18
azertag.az

10Mənbələr