AZ

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İyunun 3-də gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.

İdman.Biz bildirir ki, Bakı Gənclər Mərkəzində təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Görüş zamanı ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Nazir Fərid Qayıbov çıxışında bildirib ki, may ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 15 ölkədə səsləndirilib və idmançılarımız ümumilikdə 70 qızıl, 58 gümüş, 103 bürünc medal qazanıblar. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib.

Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
icma.az

3Mənbələr