AZ

Qarğıdalı sahələrinin sığortası davam edir

Qarğıdalı təbii hadisələrə, xüsusilə leysan, dolu və selə qarşı həssas bitkidir. Aqrar sığorta fermerlərin bu risklərdən itkilərini qarşılamağa imkan verir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, may ayından qarğıdalı sahələrinin sığortası başlayıb. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir, bu da fermerlər üçün sərfəli şərtlər yaradır. 

Məsələn, Mil-Muğan bölgəsində sığorta 15 manat, Şirvan-Salyan 17 manat, Şəki-Zaqatala 58 manat, Qazax-Tovuz isə 38 manat təşkil edir. Qarğıdalı sahələri üzrə indiyədək 777 min manat zərər ödənişi həyata keçirilib, ödənişlər əsasən Balakən, Tovuz, Ağsu, Hacıqabul və Ağcabədi rayonlarında verilib. 

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr