AZ

ISO nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

“Turizm və əlaqəli xidmətlər” üzrə Beynəlxalq Texniki Komitə (ISO/TC 228) tərəfindən indiyədək 61 beynəlxalq standart hazırlanıb, 18 standart layihəsi işlənmə mərhələsindədir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) AZƏRTAC-a bidirilib ki, “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) nümayəndələri ISO/TC 228 “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin Çin Xalq Respublikasının Hangzhou şəhərində keçirilən növbəti plenar iclasında iştirak ediblər.

Çin Standartlaşdırma Qurumunun (SAC) təşkilatçılığı ilə keçirilən iclasda ölkəmizlə yanaşı Argentina, Braziliya, Cənubi Afrika Respublikası, Çin Xalq Respublikası, Keniya, Qayana, İspaniya, İtaliya, Koreya Respublikası, Şimali Makedoniya, Monqolustan, Nigeriya, Tanzaniya, Uqanda və digər ölkələrin milli standartlaşdırma qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində təqdim olunan beynəlxalq standart layihələri ətrafında müzakirələr aparılıb, layihələrlə bağlı üzv ölkələrin rəy və təklifləri nəzərdən keçirilib. Bununla yanaşı, mövcud standartların yenilənməsi, texniki komitələrin və onun işçi qruplarının fəaliyyətinə dair hesabatların təqdimatı, habelə müvafiq sahə üzrə yeni beynəlxalq standart layihələrinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

Bundan əlavə, turizm sahəsində hazırlanacaq yeni standart layihələri üzrə işçi qrupların ekspert tərkibinin formalaşdırılması məsələlərinə baxılıb. Həmçinin növbəti illərdə keçiriləcək plenar iclaslara dair ilkin razılaşmalar əldə olunub.

Qeyd edək ki, katibliyi İspaniya Standartlaşdırma Qurumu (UNE) tərəfindən həyata keçirilən “Turizm və əlaqəli xidmətlər” üzrə Beynəlxalq Texniki Komitə (ISO/TC 228) 2005-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən turizm və əlaqəli xidmətlər sahəsində beynəlxalq tələblərin və meyarların müəyyənləşdirilməsi məqsədilə təsis edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
azertag.az

2Mənbələr