Xaçmaz rayonu Nərəcan, Çaykənarı, Beyləqan rayonu Bünyadlı və Gödəklər yaşayış məntəqələri ərazisində komplekt transformator məntəqələrinin (KTM), 10 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidən qurulmasına 5 530 002 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, sifarişçi “Azərişıq”ASC, icraçı isə “AMFA Construction” QSC-dir.
ASC və QSC arasında müqavilə bağlanıb.
Cabir
Tarix: 3 İyun 2026, 17:51