AZ

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Son illərdə Azərbaycana turist marağı durmadan artır. Əvvəlki illərlə müqayisədə bu il xüsusilə işğaldan azad olunmuş ərazilərimiz turistlərin diqqət mərkəzindədir. Xankəndi, Şuşa və Laçında yaradılan müasir turizm kompleksləri və infrastruktur layihələri yerli və xarici turistlərin bölgəyə marağını daha da artırır.

Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

O bildirib ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun artmasına və bölgələrin iqtisadi inkişafına töhfə verəcək. “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları həm təbii gözəllikləri, həm də zəngin tarixi-mədəni irsi ilə səyahətsevərlərin diqqətini cəlb edir. Bölgələrdə yol infrastrukturu yüksək səviyyədə qurulub, inzibati binalar, enerji və qaz xətləri istifadəyə verilib, yeni yaşayış məntəqələrində müasir infrastruktur formalaşdırılıb. Dövlət tərəfindən yaradılan əlverişli şərait özəl sektorun, xüsusilə turizm sahəsinin inkişafı üçün geniş imkanlar açır. Bu potensialdan səmərəli istifadə olunması bölgələrin iqtisadi canlanmasına və turizm mərkəzlərinə çevrilməsinə xidmət edəcək”,-deyə R.Quliyev əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azertag.az

2Mənbələr