AZ

SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkə ərazisində karbonun basdırılması üçün mümkün sahələri araşdırır.

"Far.Az" xəbər verir ki, bunu "SOCAR Green" MMC-nin Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev Bakıda 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

"Gələcəkdə biz karbonun tutulması və saxlanması (CCS) texnologiyalarını qaçılmaz olaraq mənimsəməli olacağıq. SOCAR-ın qarşısına xalis 0 emissiya səviyyəsinə çatmaq vəzifəsini qoyduğunu nəzərə alsaq, bu göstəriciyə nail olmaq üçün istənilən neft-qaz şirkətinə, bütövlükdə əsas fəaliyyəti emissiyalarla əlaqəli olan istənilən müəssisəyə CCS və yaxud hətta CCUS (karbonun tutulması, istifadəsi və saxlanması) texnologiyalarını tətbiq etmək lazım gələcək.

Artıq bu gün konkret layihələrin olmamasına baxmayaraq, biz bu texnologiyanı ətraflı öyrənirik. Bu sahədəki ən yeni nailiyyətləri izləyirik. Bundan əlavə, biz Azərbaycanda karbonun basdırılması üçün potensial lokasiyaları təhlil edirik ki, əlçatan texnologiya meydana çıxanda onun iqtisadi cəhətdən getdikcə daha əlverişli olacağı ana tam hazır olaq", - departament direktoru vurğulayıb.

Seçilən
15
far.az

1Mənbələr