AZ

Onur İsveçdəki turnirə qatılacaq

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçdə keçiriləcək "WTT Youth Contender" beynəlxalq turnirinə qatılacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb.

O, millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 4-dən 7-dək Helsinborq şəhərində təşkil olunacaq yarışa qatılacaq.

Onur həmçinin Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.

Seçilən
6
3
fanat.az

10Mənbələr