AZ

Akademik Musiqili Teatrın Buratino tamaşası Sumqayıtda

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "Buratino" ( Aleksey Tolstoy) nağıl-tamaşası Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində oynanılıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov, tərcüməçisi Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri isə Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.

Səhnə əsərinin budəfəki nümayişində Zaur Əliyev (Buratino), Emin Zeynallı (Papa Karlo), Ofeliya Novruzqızı (Tülkü Alisa), Elnarə Nağdəliyeva (Artemon), Gülçöhrə Abdullayeva (Tartilla), Hüseyn Əlili (Pyero), Nərmin Əliyeva (Malvina və Cırcırama), Ruslan Mürsəlov (Pişik Bazilio), Cəbrayıl Cəbrayılov (Karabas-Barabas), Mehriban Rəcəbova (Qurbağa Bubi) və teatrın balet artistləri çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr