AZ

Xocalının su təchizatı yenidən qurulur: hansı kəndlərdə işlər başa çatıb?

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xocalı, 3 iyun, AZƏRTAC

Xocalı şəhərinin su mənbəyinin 1 ədəd subartezian quyusu olduğu müəyyən edilib. Şəhərin relyefinə görə 1 zonaya bölünmüş su anbarı mövcuddur. Şəhərin şəbəkəsi polietilen borulardan ibarətdir, məskunlaşma olan obyektlər üzrə sayğaclaşma işləri aparılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd olunub ki, şəhərdə məskunlaşma ilə bağlı əlavə su tələbatının yarandığını nəzərə alaraq 1 ədəd subartezian quyusu qazılıb və Badaraçay su mənbəyindən 3,3 kilometrlik su xətti inşa olunub.

Xocalı rayonunun Ballıca, Təzəbinə, Badara, Xanyurdu, Şuşakənd kəndlərinin mövcud su təchizatı sistemi bərpa edilərək istismar olunur, Xanabad, Seyidbəyli kəndlərinin isə su təchizatı yenidən qurulub. Ballıca kəndinin dayanıqlı su təchizatı üçün Badara-Xankəndi magistral su kəmərindən su xətti çəkilib.

Xocalı şəhərində fəaliyyəti bərpa edilmiş dövlət qurumlarına və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 364 istehlakçıya xidmət göstərilir.

Müxbir – Tahir Ağaməmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
azertag.az

2Mənbələr