AZ

Sərsəng su anbarında ehtiyat 320 milyon kubmetrə yaxınlaşıb

Hazırda Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su ehtiyatı toplanıb və anbara suyun daxil olması davam edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev məlumat verib.

Onun sözlərinə görə, Sərsəng su anbarının bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metr, yuxarı hissəsinin eni isə 12 metr təşkil edir.

İ.Quliyev bildirib ki, su anbarında maksimal dərinlik 103 metrdir.

"Anbarın su səviyyəsi Baltik hündürlük sistemi üzrə 528 metr təşkil edir", - deyə o əlavə edib.

Seçilən
15
1
day.az

2Mənbələr