AZ

Abdulkadir Uraloğlu: Türkiyə Zəngəzur dəhlizinin açılması məsələsində iradə nümayiş etdirir

Ankara, 3 iyun, AZƏRTAC

Türkiyə açılması Türk dünyasına daha qısa yol təqdim edəcək Zəngəzur dəhlizinə sadiqliyini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin 224 kilometrlik dəmir yolu hissəsi Türkiyədə tikilir, daha 180 kilometri isə Azərbaycanda modernləşdirilir və ya inşa edilir.

“Dəhlizin Azərbaycan hissəsində işlər başa çatmaq üzrədir. Biz, həmçinin Ermənistandan keçən 40 kilometrlik hissənin tikintisini də izləyirik. Bu xətt istifadəyə verildikdən sonra biz daha qısa marşrutla Mərkəzi Asiya ilə birləşəcəyik”, - deyə nazir mövcud Bakı-Tbilisi-Qars dəmir yolunun mövcudluğunu da xatırladaraq bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
6
1
azertag.az

2Mənbələr