AZ

Həyat yoldaşını və qayınanasını öldürərək EVİ YANDIRIB

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən ilin may ayında baş verib. İstintaqın versiyasına əsasən, sərxoş vəziyyətdə olan ər-arvad arasında mübahisə yaranıb. Şəxsi ədavət zəminində kişi həyat yoldaşının və mənzilin dəhlizinin üzərinə benzin tökərək onları yandırıb. Nəticədə qadın və onun 86 yaşlı anası aldıqları ağır yanıq xəsarətlərindən həyatlarını itiriblər. Yanğın yaşayış evinin tamamilə məhv olmasına səbəb olub. Alov yaxınlıqdakı tikiliyə də ziyan vurub. İlkin hesablamalara görə, ümumi maddi zərər 720 min rubldan çoxdur.

Təqsirləndirilən şəxs ittihamları qəbul etmir. Cinayət işi üzrə istintaq tamamlanıb və materiallar baxılması üçün məhkəməyə göndərilib.

Seçilən
17
Ajans.az

1Mənbələr