AZ

Müşavir: Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını bir neçə dəfə artıracaq

Bakı, 3 iyun, AZƏRTAC

Son zamanlar dəmir yolları sahəsində aparılan islahatlar nəticəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəmizə tranzit üstünlüyü qazandırır.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri Emil Məmmədov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti aparılan yenidənqurma və modernləşdirmə işlərindən sonra illik 1 milyon tondan 5 milyon tona çatdırılıb.

“Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi ilə bağlı rəsmi tədbir keçirildi. Bu, xəttin tam gücü ilə fəaliyyətə başlaması deməkdir və Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq. Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq mühüm bağlantılardan biri də Zəngəzur dəhlizidir. Bu layihə Azərbaycanın tranzit imkanlarını bir neçə dəfə artıracaq”, - deyə sədrin müşaviri əlavə edib.

Rəqəmsallaşma sahəsində mühüm işlər görüldüyünü deyən E.Məmmədov bildirib ki, yükdaşımalar sahəsində bütün xidmətlər rəqəmsallaşdırılıb.

Fotoqraf - İlkin Cavanşirov
Video - İlham Nadirov
Seçilən
29
3
azertag.az

4Mənbələr