AZ

Azərbaycanın U-21 millisi Pakistanla yoldaşlıq görüşü keçirəcək

Bakı, 3 iyun, AZƏRTAC

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

İyunun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, U-20-nin Qəbələdəki toplanışı iyunun 10-da başa çatacaq.

Seçilən
46
3
azertag.az

4Mənbələr