BAKI, 3 iyun. TELEQRAF
Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb və suyun yığılması davam edir.
Teleqraf-ın Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Qarabağa təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Sərsəng su anbarının bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metr, yuxarı hissəsində eni isə 12 metrdir:
“Burada suyun dərinliyi 103 metrdir. Anbarın su səviyyəsi Baltik sistemi üzrə 528 metr təşkil edir”.