AZ

"Gələn ilin sonunadək Azərbaycanda 8 yeni GES istifadəyə veriləcək"

Azərbaycan bu il də daxil olmaqla, 2027-ci ilin sonunadək 8 yeni günəş elektrik stansiyasını (GES) istifadəyə verməyi planlaşdırır.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, ancaq 2027-ci ilin sonunadək ümumi gücü 250 meqavatt olan bir külək stansiyasını da istifadəsi nəzərdə tutulur: "Lakin əsas diqqət Azərbaycanın günəş potensialında qalır, "Qaradağ", "Şəfəq", "Üfüq", "Şəms" və digər stansiyalar 2027-ci ilin sonunadək istifadəyə veriləcək".

Agentlik rəsmisi qeyd edib ki, imzalanmış bütün investisiya müqavilələri əsasında 2026-cı ilin sonunadək ən azı dörd stansiyayı istifadəyə verməyi planlaşdırırıq: "Bura 445 meqavatt gücündə bir böyük günəş stansiyası və hərrac qaydaları əsasında bu ilin sonunadək istifadəyə veriləcək "Qobustan" Günəş Elektrik Stansiyası daxildir. COP29 zamanı elan edilmiş ilk hərrac çox uğurlu olub və ümid edirik ki, stansiya bu ilin sonunadək istifadəyə veriləcək. Hər biri 25 meqavatt gücündə olan növbəti iki stansiya – "Şams-1" və "Nobel Energy" aktiv yaşıl enerji zonasında yerləşir. "Şams-1" yerli investorların iştirakı ilə Azərbaycan "Yaşıl Enerji Şirkəti" tərəfindən inşa edilir".

Naxçıvan Muxtar Respublikasında Yaşıl Enerji Konsolidasiya Zonası konsepsiyasının hazırda işlənib hazırlanmaqda olduğunu deyən R. Hümmətova onun bu ilin sonuna kimi təsdiqini gözlədiklərini əlavə edib: "Yaşıl Enerji Zonası konsepsiyasının əsas istiqamətləri birbaşa bərpa olunan və dayanıqlı enerji mənbələrinə həsr olunmuş dörd əsas sahəni əhatə edir. Nəqliyyat sektorunun dekarbonizasiyası tikinti və şəhər inkişafında ekoloji davamlılığı və resurs səmərəliliyini təşviq edir. Hamımız başa düşürük ki, tikinti və şəhər inkişafı, o cümlədən istifadə olunan materiallar və resurslar binalarda enerji səmərəliliyinə birbaşa təsir edəcək. Bura təkcə enerji səmərəliliyi deyil, həm də dam üstü günəş panellərinin quraşdırılması imkanı daxildir. Hər şey nəzərə alınmalıdır".

Seçilən
12
1
banco.az

2Mənbələr