AZ

Kamran Həbibov: Ölkəmiz regionun ən vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Bakı, 3 iyun, AZƏRTAC

Bu gün ölkəmiz regionun ən vacib nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyası İdarə Heyətinin sədri Kamran Həbibov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.

O bilririb ki, son illərdə dünyada baş verən geosiyasi və iqtisadi dəyişikliklər göstərir ki, etibarlı, təhlükəsiz və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti getdikcə artır.

“Bu baxımdan Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz beynəlxalq yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu platforma yeni tərəfdaşlıq qurmaq, təcrübə mübadiləsi aparmaq üçün böyük imkanlar yaradır. Düşünürəm ki, bu gün qurulan əlaqələr gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq”, - deyə K.Həbibov qeyd edib.

Fotoqraf - İlkin Cavanşirov
Video - İlham Nadirov
Seçilən
20
1
azertag.az

2Mənbələr