AZ

Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb

Azərbaycan Türkiyə, Qırğızıstan və Özbəkistanla “e-Permit” mübadiləsinə başlayıb.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar çərçivəsində də nəqliyyat sektorunun rəqəmsallaşdırılması istiqamətində ardıcıl işlər aparılır: “BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində elektron əmtəə-nəqliyyat qaiməsi (e-CMR) sisteminin tətbiqi həyata keçirilir. Layihə Türkiyə və Rusiya ilə əməkdaşlıq əsasında davam etdirilir”.

A.Turabova qeyd edib ki, bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində elektron icazə blankı (e-Permit) sisteminin tətbiqi üzrə işlər görülür. Azərbaycan artıq Türkiyə, Qırğızıstan və Özbəkistanla elektron icazələrin mübadiləsinə başlayıb. Hazırda Qazaxıstanla da e-Permit sisteminin tətbiqi istiqamətində danışıqlar aparılır”.

Seçilən
29
1
banker.az

2Mənbələr