AZ

Şuşada 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur

Şuşa, 3 iyun, AZƏRTAC

Şuşa şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı su mənbəyindən şəhərə qədər olan 9,3 kilometrilik polad və 12 kilometrlik magistral su kəmərləri vasitəsilə həyata keçirilir.

Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhər ərazisində 2 su anbarı və 34,5 kilometr su, 27,5 kilometr kanalizasiya şəbəkəsi istismar olunur. Bir sutəmizləyici qurğu yenidən qurulub.

Şuşa şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 30 istehlakçıya və 535 abonentə xidmət göstərilir.

Müxbir – Tahir Ağaməmmədov

Seçilən
23
2
azertag.az

5Mənbələr