AZ

Zelenskidən şok bəyanat: Ukrayna ordusu Rusiyanın 1100 km dərinliyinə girdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin xüsusi təyinatlı və kəşfiyyat strukturlarının birgə iştirakı ilə Rusiya Federasiyasının daxili ərazilərində yerləşən strateji hərbi və sənaye obyektlərinə qarşı tarixin en qorxulu və uzaq mənzilli zərbələrinin endirildiyini rəsmən elan edib.

Musavat.com xəbər verir ki, Ukrayna lideri öz rəsmi "Telegram" kanalında yaydığı təcili bəyanatda Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Pilotsuz Sistemlər Qüvvələri (SBS), Xüsusi Əməliyyat Qüvvələri (SSO), Baş Kəşfiyyat İdarəsi (GUR) və Dövlət Sərhəd Xidmətinin (DPSU) iştirakı ilə keçirilən irimiqyaslı gecə əməliyyatının şok detallarını açıqlayıb.

Zelenskinin sözlərinə görə, endirilən dəqiq zərbələr nəticəsində Ukrayna sərhədindən düz 1100 kilometr məsafədə yerləşən, Rusiyanın hərbi sənayesini bəsləyən ən böyük strateji mərkəzlərdən biri – Sankt-Peterburq neft terminalı daxildən partladılaraq ağır dərəcədə zədələnib.

Bununla yanaşı, Ukrayna ordusu Rusiya Hərbi Dəniz Qüvvələrinin əsas mərkəzlərindən sayılan Kronştadt hərbi bazasındakı xalis hərbi hədəfləri tamamilə sıradan çıxarıb. Ukrayna dronlarının digər strateji hədəfi isə cəbhə xəttindən təxminən 600 kilometr uzaqlıqda, Rusiya ordusu üçün ağır silah və sursat istehsal edən Tambov vilayətindəki nəhəng hərbi sənaye müəssisəsi olub.

"Məhv edilən hər bir hədəfə və göstərdikləri yüksək dəqiqliyə görə hərbçilərimizə sonsuz minnətdaram. Ukraynanın uzaq mənzilli strateji zərbə planı rəsmi Kiyevin sülhü yaxınlaşdırmaq strategiyasına uyğun olaraq tam dəqiqliklə icra edilir. Yaşasın Ukrayna!" – deyə Zelenski öz qələbə mesajında vurğulayıb.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr