AZ

"Abşeron" yatağından indiyədək hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb

"Abşeron" qaz-kondensat yatağının erkən işlənilmə mərhələsi çərçivəsində indiyədək (01.05.2025 tarixinə) 4,5 mlrd. kubmetr qaz hasil olunub.

Bu barədə "APA-Economics" SOCAR-ın 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində təqdim etdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, "Abşeron" yatağından indiyədək 1,65 mln.ton qaz kondensatı hasil olunub.

Qeyd olunub ki, yatağın tammiqyaslı işlənilməsi üzrə yekun investisiya qərarının 2026-cı ilin III rübündə qəbul edilməsi planlaşdırılır. Bu mərhələ üzrə ilk qazın 2029-cu ildə əldə olunacağı gözlənilir.

Bildirilir ki, yatağın erkən işlənilməsi mərhələsi üzrə hasilat 2023-cü ilin iyul ayında başlanıb.

Seçilən
42
1
apa.az

2Mənbələr