Məsələ ilə bağlı globalinfo.az-a açıqlama verən əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva tədris ilinin 15 sentyabrda başlayıb 14 iyunda bitməsi qaydasına yenidən baxılmasını mümkün hesab edir:
“Çünki valideynlərin iyun ayı ilə bağlı narahatlığı reallığa əsaslanır. Yüksək temperatur uşağın diqqətinə, yaddaşına və dərsi qavramasına təsir edir. Elmi araşdırmalar da göstərir ki, isti sinif otaqlarında öyrənmə keyfiyyəti aşağı düşür. Uşaqlar daha tez yorulur, diqqəti dağılır. Lakin sentyabr ayının əvvəli də iyun ayı qədər isti keçir. Odur ki, bu dəyişikliyin effektiv olacağını güman etmirəm”.
Keçmiş deputat indiki təqvimlə tədris müddətinin 34 həftə olduğunu xatırladıb:
“1 sentyabr-25 may modelində tədris müddəti 32-33 həftəyə qədər qısalır. Lakin belə olan halda dərs saatlarının sayı artacaq ki, bu da uşaqlar üçün əlavə yükdür. Yəni çevik model kimi çox isti aran rayonlarında tədris ilinin müddətində və ya dərs saatlarında dəyişiklik ola bilər. Hər bir halda isə daha doğru olan fənn kurikulumlarının sadələşdirilməsidir. Şagird özünü daim ağır dərs proqramının təzyiqi altında hiss edəcəksə, məktəbə həvəssiz gedəcək. Odur ki, əsas məqsəd uşağın sağlam, rahat və öyrənə bildiyi məktəb mühitini yaratmaq olmalıdır. Təhsil təqvimi də bu reallığa uyğun qurulmalıdır”.
Yəni, valideynlər iyun istilərinə görə dərslərin mayda bitməsini istəsələr də, keçmiş deputat bunun proqramı ağırlaşdıracağını, çıxış yolunun fənləri sadələşdirmək və ya isti rayonlara xüsusi qrafik tətbiq etmək olduğunu bildirir.
Demokrat.az
10Mənbələr
-
demokrat.azDərslərin başlama və bitmə vaxtı dəyişdirilir? AÇIQLAMA ( 29171884)
-
pravda.azMəktəblərdə dərslərin bitmə və başlanma vaxtı dəyişir? ( 29160805)
-
demokrat.azDərslərin bitmə vaxtı dəyişdirilir? AÇIQLAMA ( 29155936)
-
demokrat.azDərslərin bitmə vaxtı dəyişdirilir? — AÇIQLAMA ( 29155750)
-
konkret.azMəktəblərdə dərslərin bitmə və başlama vaxtı dəyişir? KONKRET ( 29153962)
-
konkret.azMəktəblərdə dərslərin bitmə və başlama vaxtı dəyişir? ( 29153182)
-
bizim.mediaMəktəblərdə dərslərin bitmə və başlama vaxtı dəyişir? – Mühüm gəlişmə ( 29152912)
-
bizim.mediaƏtin qiyməti ilə bağlı KRTİRİK PROQNOZ – Yaxın günlərdə... ( 29129071)
-
sia.az“Uşaqlıq həyatın ən saf və təmiz dövrüdür” SORĞU ( 29103253)
-
sia.az“Uşaqlıq həyatın ən saf və təmiz dövrüdür” - SORĞU ( 29101972)