AZ

Kurban Berdiyev onunla bağlı qərarını verib – Kapitan gedir 

“Turan Tovuz” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi bir neçə futbolçu ilə bağlı qərarını verib. Onlardan biri də komandanın kapitanı Şəhriyar Əliyevdi.

Təcrübəli oyunçu yüksək ehtimalla komandada qalmayacaq. Ötən mövsümün böyük hissəsini ehtiyatda keçirən Əliyev baş məşqçi Kurban Berdiyevin planlarına daxil deyil. Bu səbəbdən də onunla başa çatan müqavilə uzadılmayacaq.

Əliyev özü də “Turan Tovuz”da qalmaq istəmir. O, daha çox forma şansı qazanacağı bir kluba getmək istəyir.

Xatırladaq ki, 33 yaşlı müdafiəçi 2022-ci ildən Tovuz klubunda çıxış edir.

Seçilən
32
idmanxeber.az

1Mənbələr