AZ

ABŞ də kişi bankda insanları girov götürdü

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Kaliforniya ştatının Beykersfild şəhərində yerləşən bank binasında bomba təhlükəsi ilə bağlı daxil olan məlumatdan sonra genişmiqyaslı təhlükəsizlik əməliyyatı başlanıb. Polis bir kişinin bank daxilində naməlum sayda insanı girov götürdüyünü açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Beykersfild Polis İdarəsinin məlumatına görə, hadisə yerli vaxtla saat 13:00 radələrində şəhər mərkəzində yerləşən “Chase Bank” filialında qeydə alınıb.

Hüquq-mühafizə orqanları əvvəlcə bomba təhlükəsi barədə çağırış aldıqdan sonra əraziyə cəlb olunub.

Araşdırmalar zamanı bir kişinin bankın daxilində bir neçə nəfəri görov götürdüyü müəyyən edilib.

Polis bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Binada olan bəzi şəxslər təhlükəsiz şəkildə təxliyə edilib.

Hadisə ilə əlaqədar şəhər meriyası, polis idarəsinin qərargahı və ətrafdakı digər inzibati binalar müvəqqəti bağlanıb. Təhlükəsizlik məqsədilə ərazidəki bir sıra yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb.

Polisin yaydığı son məlumata görə, hadisə yerində təhlükəsizlik perimetri yaradılıb və böhran danışıqları qrupu mühasirəyə alınan şəxslə telefon vasitəsilə əlaqə saxlayır.

“İctimai təhlükəsizliyi təmin etmək üçün bank binasının və ətraf müəssisələrin ətrafında mühafizə zonası yaradılıb. Hazırda şübhəli şəxslə danışıqlar davam edir”, - deyə polis açıqlamasında bildirilib.

Federal Təhqiqat Bürosu (FBI) da hadisədən xəbərdar olduğunu və yerli polisə dəstək məqsədilə əlavə qüvvələr göndərdiyini açıqlayıb.

Hazırda hadisə ilə bağlı əməliyyat davam edir, saxlanılan şəxsin olmadığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
qafqazinfo.az

1Mənbələr