İngiltərənin ən yaşlı sakini Artur Espinoll 109 yaşında vəfat edib.
Bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Bildirilir ki, uzunömürlü sakin həyatı boyunca Böyük Britaniyanın dörd monarxının və 20-dən çox baş nazirinin hakimiyyəti dövrünə şahidlik edib.
Nəşrin məlumatına görə, ölkənin ən yaşlı adamı 1916-cı il oktyabrın 13-də anadan olub. O, 14 yaşından etibarən atasının bərkidici məmulatlar istehsal edən firmasında çalışmağa başlayıb və yalnız 90 yaşında təqaüdə çıxıb. Artur Espinollun ölüm səbəbinin təfərrüatı barədə məlumat verilməyib.
Onun vəfatından sonra İngiltərənin ən yaşlı sakini titulu 1917-ci il iyulun 9-da anadan olan Cek Sigersə keçib. /oxu.az/