Uelsdə yaşlı bir cütlük təsadüfən zibil konteynerində pişik təsvirləri olan iki rəsm əsəri görərək onları evə aparıb.
Musavat.com xəbər verir ki, daha sonra məlum olub ki, həmin əsərlər pişik mövzulu rəsmləri ilə tanınan britaniyalı rəssam Louis Wain-in orijinal işləridir.
Rəsmlər hərracda 18,5 min avroya satılıb. Əsərlərin əvvəlki sahibləri isə indiyədək ortaya çıxmayıblar.
Musavat.com