AZ

Binanın fasadı uçdu, avtomobillər altında qaldı Bakıda dəhşət yaşandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtda əsən güclü külək Bakının infrastrukturuna ciddi ziyan vurmaqda və fəsadlar törətməkdə davam edir. Küləyin fəsad törətdiyi növbəti ünvan Nərimanov rayonu olub. Avtosfer.az “Nocomment.az”a istinadən xəbər verir ki, Nərimanov rayonunun Qarabağ küçəsi 55 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının fasad hissəsi güclü küləyin təsirinə dözməyərək qopub və uçub. Hadisə nəticəsində binanın üzlükləri böyük sürətlə yerə — piyada səki və avtomobil yoluna tökülüb. Hadisə zamanı ərazidə xəsarət alanların olub-olmaması və yaxınlıqdakı əmlaka ziyan dəyməsi barədə hələlik rəsmi məlumat verilməyib. Aidiyyəti dövlət qurumlarının əməkdaşları əraziyə cəlb olunub, təhlükəsizlik tədbirləri görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
avtosfer.az

1Mənbələr