AZ

Trampın Bakıya səfir seçimi nə vəd edir? Politoloq

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trump ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə Aleksandr Oldenin namizədliyini irəli sürüb.

Bununla bağlı sənəd artıq ABŞ Senatına təqdim edilib.

Hazırda ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir.

Bundan əvvəl isə səfir postunu Mark Libbi tuturdu.

Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayev bildirib ki, ABŞ-Azərbaycan münasibətlərində səfir təyinatları hər zaman diqqət çəkən məsələlərdən biri olub.

Onun sözlərinə görə, Mark Libbinin təyinatı da müəyyən mübahisələrlə müşayiət edilmişdi.

“ABŞ uzun müddət Azərbaycana səfir təyin etməmişdi. Keçmiş prezident Co Bayden Mark Libbinin namizədliyini irəli sürsə də, proses müxtəlif səbəblərdən uzanırdı. Həmin dövrdə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez təyinatın gecikdirilməsində mühüm rol oynayırdı”, – deyə şərhçi qeyd edib.

T. Rzayev xatırladıb ki, Bob Menendez sonradan korrupsiya və rüşvət ittihamları ilə məhkəmə qarşısına çıxarılıb, vəzifəsindən uzaqlaşdırılıb və həbs cəzasına məhkum olunub.

Şərhçinin sözlərinə görə, Mark Libbi 2023-cü ildə fəaliyyətə başlasa da, 2024-cü ilin sonunda səhhətindəki problemləri əsas gətirərək diplomatik xidmətdən təqaüdə çıxdığını açıqlayıb.

“Rəsmi səbəb səhhət problemləri olsa da, onun Azərbaycanda fəaliyyəti dövründə media azadlığı, vətəndaş cəmiyyəti və regional məsələlərlə bağlı açıqlamaları Bakı ilə Vaşinqton arasında müəyyən fikir ayrılıqlarına səbəb olmuşdu”, – deyə o vurğulayıb.

Turan Rzayev hesab edir ki, Aleksandr Oldenin namizədliyi Senat tərəfindən təsdiqlənəcək.

“Bu təyinat Bakı-Vaşinqton münasibətləri baxımından müsbət nəticələr doğura bilər. ABŞ administrasiyasının Cənubi Qafqaza, xüsusilə Azərbaycana marağı davam edir. Bu baxımdan, yeni səfir namizədinin seçimi Vaşinqtonun münasibətlərin inkişafında maraqlı olduğunu göstərən siqnallardan biri kimi qiymətləndirilə bilər”, – deyə siyasi şərhçi əlavə edib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
icma.az

1Mənbələr