Bu barədə ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən brifinqdə bildirib.
O bildirib ki, bu gün ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri və müvafiq mütəxəssisləri ilə regional əlaqə, ticarət, tranzit, o cümlədən Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu, ticarətin asanlaşdırılması və aviasiya əməkdaşlığı sahəsindəki irəliləyişləri ətraflı müzakirə dilib.
ABŞ Dövlət Katibinin köməkçisi qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələrində Amerika şirkətlərinin marağını artıracaq investisiya mühitinin yaradılması üçün konkret ideyalar, eləcə də ABŞ-a, xüsusən də enerji sektoruna Azərbaycan investisiyalarının artırılması məsələləri də müzakirə olunub.