2026-cı ilin yanvar-aprel aylarında “PRIME LM” MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçıları reytinqində ilk onluğa daxil olub.
Marja xəbər verir ki, şirkətin ixracı cari ilin ilk 4 ayında 12,8 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin eyni dövründə şirkət üzrə ixrac göstəricisi 0 olaraq göstərilib. Beləliklə, “PRIME LM” 2026-cı ilin yanvar-aprel aylarında 12,8 milyon dollarlıq yeni ixrac həcmi formalaşdırıb.
Bu göstərici şirkətin qeyri-neft ixracında yeni aktiv iştirakçılardan birinə çevrildiyini göstərir.
