AZ

Luka Vinyati: "Eni" SOCAR ilə dünya miqyasında əməkdaşlığı alqışlayır"

Hazırda "Baleyn" yatağında paralel olaraq birinci və ikinci işlənmə mərhələsi davam edir.

"Far.Az" xəbər verir ki, bunu "Eni" şirkətinin kəşfiyyat və hasilat üzrə direktoru Luka Vinyati 31-ci Bakı Enerji Forumunda bəyan edib.

"Hazırda yatağın işlənməsinin birinci və ikinci fazaları fəal şəkildə həyata keçirilir. Biz SOCAR ilə bütün dünyada əməkdaşlığın genişləndirilməsini alqışlayırıq, çünki bu, diversifikasiya strategiyasının bir hissəsidir", - Vinyati qeyd edib.

Onun sözlərinə görə, "Eni" enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.

"Eni" və İtaliya ölkə daxilində nəhəng resurslara malik deyil və biz dövlətimiz və bütövlükdə, qitəmiz üçün enerji təhlükəsizliyini təmin etməliyik. Bu, fəaliyyət göstərdiyimiz hər bir ayrı ölkədə enerji təhlükəsizliyini təmin etdikdən sonra ikinci mərhələdir. Yəni bizim prioritetimiz həmişə ev sahibi ölkənin enerji təhlükəsizliyidir, ikinci mərhələ isə özümüz üçündür", - direktor əlavə edib.

Seçilən
25
far.az

1Mənbələr